Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Prezidenti İshaq Hersoq Buxarestdə Rumıniya Prezidenti Nikuşor Dan ilə keçirdiyi görüş barədə açıqlama verib.

Hersoq səfər zamanı göstərilən səmimi qəbula görə təşəkkür edərək, İsrail ilə Rumıniya arasında mövcud olan güclü münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdirilməsinin müzakirə olunduğunu bildirib.

Görüşdə iqtisadi, diplomatik və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da dəyərləndirilib.

Hersoq əlavə edib ki, antisemitizm və Holokostun inkarı ilə mübarizə də görüşün əsas gündəm mövzularından biri olub və Rumıniyanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp