Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Pakistan Beynəlxalq Hava Yollarının (PIA) özəlləşdirilməsi prosesində ilk maliyyə bağlanışının uğurla həyata keçirildiyini açıqlayıb.

Dar bu prosesi ölkə üçün "dönüş nöqtəsi" adlandıraraq bildirib ki, əməliyyat dövlət qurumları arasında intensiv əməkdaşlıq, koordinasiya və səmərəli fəaliyyət sayəsində başa çatdırılıb.

Bəyanatda qeyd olunub ki, bu inkişaf hökumətin şəffaf idarəçilik, iqtisadi islahatlar və investor etimadının artırılması istiqamətindəki qətiyyətini daha da gücləndirir.

Dar prosesə töhfə verən bütün tərəflərə təşəkkür edərək vurğulayıb ki, bu özəlləşdirmə addımı Pakistan iqtisadiyyatı üçün mühüm nailiyyətdir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp