Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda həyata keçirdiyi əməliyyat barədə yazılı açıqlama verib.

Açıqlamada HƏMAS-ın maliyyə köçürmə infrastrukturunda fəaliyyət göstərdiyi iddia edilən Hasin Kedra və Məhəmməd Faranın zərərsizləşdirildiyi bildirilib.

Həmin şəxslərin HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları ilə əlaqəli bir struktur daxilində fəaliyyət göstərdiyi iddia olunub.

IDF bu strukturun Qəzzaya maliyyə köçürmələrini təşkil etdiyini və bu şəbəkə vasitəsilə HƏMAS-a əhəmiyyətli həcmdə resurs ötürüldüyünü irəli sürüb.

Açıqlamada qeyd olunub ki, həmin resurslar təşkilatın hərbi fəaliyyətlərinin maliyyələşdirilməsində istifadə edilirdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp