IDF HƏMAS komandirini öldürdüyünü açıqlayıb
Qüds, 4 sentyabr (Hibya) – İsrail Müdafiə Qüvvələri (IDF) və İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsinə edilən hücumda HƏMAS-ın hərbi qanadına bağlı Nuhba bölüyünün komandiri Məhəmməd Mahmud Marşad əl-Qadinin öldürüldüyünü açıqlayıb.
İsrail ordusunun açıqlamasında əl-Qadinin 7 oktyabr hücumları zamanı Sufa hərbi bazasına basqına rəhbərlik etdiyi və HƏMAS tərəfindən girovların saxlanılmasında rol oynadığı iddia olunub.
Açıqlamada hücumun iki gün əvvəl Xan Yunis bölgəsində həyata keçirildiyi və HƏMAS-ın hərbi qanadında fəaliyyət göstərən əl-Qadinin hədəf alınaraq öldürüldüyü bildirilib.
Azərbaycan İnformasiya Agentliyi