İDF: Son 72 saatdə 150-dən çox terror hədəfi vurulub
Qüds, 8 May (Hibya) – İsrail Müdafiə Qüvvələri (IDF) son 72 saat ərzində 150-dən çox terror hədəfini vurduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, son 72 saat ərzində 150-dən çox terror hədəfi vurulub.
Bəyanatda deyilir: “Hücumlar ərəfəsində mülki əhalinin zərər çəkməməsi üçün dəqiqliklə idarə olunan sursat, hava müşahidəsi və əlavə kəşfiyyat məlumatları daxil olmaqla müxtəlif tədbirlər görülüb. İsrail ordusu, Kəşfiyyat İdarəsi, Cənub Komandanlığı və Şin Bet-in rəhbərliyi altında Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatlarını davam etdirir; terror infrastrukturunu məhv edir və silahlıları zərərsizləşdirir. Son 72 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 150-dən çox hədəfi vurub. Hədəflər arasında silahlı qruplar, yeraltı infrastrukturlar və hərbçilərin istifadə etdiyi obyektlər olub.”
Azərbaycan İnformasiya Agentliyi