Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, İİKK rəsmi “Sepah News” agentliyində yayımlanan bəyanatında bildirib: “Mülki obyektlərə qarşı alçaq hücumlara cavab verməkdən çəkinməyəcəyik”.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın sosial mediada İranın Hörmüz boğazını yenidən açmaq üçün müəyyən edilən müddətə əməl etməyəcəyi təqdirdə “bütün sivilizasiyasının bu gecə məhv olacağı” ilə bağlı təhdidindən sonra verilib və ABŞ-İsrail münaqişəsinin kəskin şəkildə gərginləşdiyini göstərir.

Həmin gün İİKK “Həqiqi Vəd 4 Əməliyyatı”nın 99-cu dalğası çərçivəsində İsrailin mərkəzi, cənub və daxili bölgələrində 30-dan çox hədəfi vurduğunu açıqlayıb. Bu hədəflərə Rişon LeZion və Petah Tikva, Negev bölgəsində Beerşeva, Dimona və Arad, həmçinin Tel-Əvivdə təxminən on məntəqə daxildir.

İİKK əlavə edib ki, cavab hücumları gücləndiriləcək və İsrailin sənaye obyektləri, infrastrukturu və hərbi bazaları potensial hədəflər kimi müəyyən edilib.

İİKK həmçinin həmin dalğa çərçivəsində Fars körfəzi və Hörmüz boğazındakı ABŞ bazalarına, eləcə də işğal olunmuş Fələstin ərazilərindəki hərbi komanda mərkəzlərinə hücumlar həyata keçirdiyini bildirib.

Bəyanata görə, əməliyyatlar İranın cənubundakı Asaluyeh şəhərində yerləşən neft-kimya obyektlərinə edilən əvvəlki hücumlara cavab olaraq, İİKK-nin dəniz və hava qüvvələri tərəfindən birgə şəkildə ballistik və qanadlı raketlər, eləcə də hücum dronları ilə həyata keçirilib.

İİKK həmçinin Hind okeanında yerləşdirildiyi bildirilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcı qrupuna uzaqmənzilli raket zərbələri endirdiyini iddia edib.

Mediada yayılan məlumatlara görə, Səudiyyə Ərəbistanının Cubeyl şəhərində ABŞ şirkətinə məxsus böyük neft-kimya kompleksi orta mənzilli raketlər və dronlarla vurulub.

Həmçinin İsraillə əlaqəli olduğu bildirilən və BƏƏ-nin Xor Fəkkən limanından hərbi avadanlıq daşımağa hazırlaşan başqa bir konteyner gəmisinin də vurulduğu qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp