İngiltərə, Niderlandı məğlub edərək finalda İspaniyanın rəqibi oldu
2024 Avropa Futbol Çempionatı (EURO 2024) Yarımfinal qarşılaşmasında İngiltərə, Niderlandı 2-1 məğlub edərək finala yüksəldi və İspaniyanın rəqibi oldu.
Almaniyada keçirilən Avropa Futbol Çempionatında Niderland ilə İngiltərə yarımfinalda qarşılaşdı.
Alman hakim Felix Zwayerin idarə etdiyi oyun BVB Dortmund Stadionunda keçirildi. 7-ci dəqiqədə Xavi Simonsun qolu ilə Niderland 1-0 önə keçdi. 18-ci dəqiqədə Harry Kane topu tora göndərərək hesabı 1-1 etdi. İlk yarı bu hesabla başa çatdı.
90+1-ci dəqiqədə Ollie Watkins topu tora göndərərək İngiltərəni 2-1 önə keçirdi. Bu nəticə ilə İngiltərə adını finala yazdırdı. İngiltərə ilə İspaniya bazar günü saat 22:00-da finalda üz-üzə gələcək.
Azərbaycan İnformasiya Agentliyi