Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş üzrə Baş İdarəsinin direktoru Əlirza Haşemi Raca, ABŞ hökumətinin İran və əsasən müsəlman ölkələrin vətəndaşlarına giriş qadağası qərarını kəskin şəkildə pisləyib.

Raca bu addımı ABŞ siyasətçiləri arasında hökm sürən üstünlükçü və irqçi düşüncənin açıq göstəricisi kimi qiymətləndirib.

İranlı rəsmisi qeyd edib ki, ABŞ hökumətinin iranlılara yalnız dinləri və milliyyətləri əsasında giriş qadağası tətbiq etməsi, İran xalqına və müsəlmanlara qarşı dərin düşmənçiliyin təzahürüdür və bu, ayrı-seçkiliyin qadağan olunması və əsas insan hüquqları da daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması deməkdir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp