Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Əraqçi Qətərdə vasitəçilərlə davam etdirilən danışıqlar çərçivəsində verdiyi açıqlamada bildirib ki, plana əsasən, ABŞ birinci gün müəyyən edilmiş öhdəliklərini yerinə yetirməli, ikinci gün isə Hörmüz boğazı yenidən açılmalı və dəniz nəqliyyatının hərəkəti münaqişədən əvvəlki səviyyəyə qayıtmalıdır.

Əraqçi ABŞ-nin yerinə yetirməli olduğu şərtlərin İslamabad Anlaşma Memorandumunda əks olunduğunu bildirib. Bu şərtlərə yeni gəmiçilik marşrutlarının müəyyən edilməsi, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması, Livan da daxil olmaqla regional müharibələrin sona çatdırılması, dəniz blokadasının aradan qaldırılması və İranın neft ixracına tətbiq edilən sanksiyalardan azadolmaların yenidən qüvvəyə mindirilməsi daxildir.

İranlı nazir qeyd edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirdikdən və boğaz açıldıqdan sonra iki ölkə arasında danışıqlar yenidən başlaya bilər. Əraqçi iki günlük plana əməl edilməsinin sülhün təmin olunmasına və Hörmüz boğazında dəniz nəqliyyatının hərəkətinin normallaşmasına zəmin yaradacağını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp