Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail ordusunun açıqlamasına görə, iki gün əvvəl Qəzza zolağının şimalında həyata keçirilən iki ayrı hava hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının üzvləri Nabil Həməd və Muhand Nadir Mahmud Dəhduh öldürülüb. Həmədin hərbi qanadın gücləndirilməsi və imkanlarının artırılması istiqamətində fəaliyyət göstərdiyi, Dəhduhun isə snayper bölməsində komandir olduğu və İsrail qüvvələrinə qarşı hücumlarda iştirak etdiyi bildirilib.

Açıqlamada oktyabrın 22-də Qəzzanın şimalında həyata keçirilən iki ayrı hücum nəticəsində HƏMAS-ın hərbi qanadının daha iki üzvünün öldürüldüyü qeyd olunub. Həmin şəxslərin 7 oktyabr hücumları zamanı İsrail ərazisinə daxil olduğu iddia edilən Nuxba bölməsinin üzvü Vail Naif Fəhmi Muslim və raket bölməsində qrup komandiri kimi fəaliyyət göstərən Ərəfat Kamal Məhəmməd Ərair olduğu bildirilib.

İsrail ordusu öldürülən şəxslərin müharibə boyunca, xüsusilə də son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planları hazırladıqlarını, HƏMAS-ın hərbi imkanlarını yenidən bərpa etmək üçün fəaliyyət göstərdiklərini iddia edib. Açıqlamada bu fəaliyyətlərin atəşkəsin sistematik şəkildə pozulması anlamına gəldiyi irəli sürülüb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp