İran Xarici İşlər Nazirliyindən İsrailin hücumuna dair açıqlama
Tehran, 26 Oktyabr (Hibya) - İran Xarici İşlər Nazirliyi İsrailin hücumları ilə bağlı açıqlama verib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyi açıqlayıb ki, "İran İslam Respublikası, sionist rejimin İrandakı müxtəlif hərbi hədəflərə qarşı hücumlarını ən sərt şəkildə pisləyir və bunu beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, xüsusilə də ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə qarşı güc tətbiqi və ya təhdid etmə prinsipinin açıq şəkildə pozulması kimi qəbul edir."
Azərbaycan İnformasiya Agentliyi