Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, İranın Ali Rəhbəri Müctəba Xamenei Hizbullahın baş katibi Naim Qasım və təşkilat üzvlərinin məktubuna cavabında Tehranın Hizbullaha strateji dəstəyinin davam edəcəyini bildirib.

Xamenei Hizbullahı İsrailə qarşı müqavimətin əsas dayaqlarından biri kimi qiymətləndirərək, təşkilatın gücünün yalnız silahlı qüvvələrindən deyil, xüsusilə Livanın cənubundakı əhalinin dəstəyindən qaynaqlandığını bildirib.

İranın Hizbullaha dəstəyinin strateji siyasət olduğunu vurğulayan Xamenei deyib ki, Livanın ərazi bütövlüyünün qorunması və İsrailin ölkədəki hərbi əməliyyatlarının qeyd-şərtsiz dayandırılması Tehranın əsas prioritetləri sırasındadır.

Xamenei əlavə edib ki, bu məsələlər ABŞ ilə mümkün razılaşmalarda da əsas prioritet olacaq.

Bəyanatında ABŞ və İsraili də tənqid edən Xamenei bildirib ki, dünya ictimaiyyəti artıq bu ölkələrin siyasətlərinə daha çox səssiz qala bilməz və "müqavimət" xəttinin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp