Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares ölkəsinin xarici siyasətində cinsi və reproduktiv sağlamlığın dəstəklənməsinə və gender bərabərliyinin təşviqinə üstünlük verdiyini bildirib.

Albares BMT Əhali Fondunun (UNFPA) İcraçı direktoru Nataliya Kanem ilə Strateji Tərəfdaşlıq Çərçivə Sazişini imzaladıqlarını açıqlayıb. Bildirilib ki, saziş cinsi və reproduktiv sağlamlıq xidmətlərinin gücləndirilməsi, qadınların və qızların hüquqlarının dəstəklənməsi istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib.

İspaniyalı nazir bu tərəfdaşlıq çərçivəsində gender bərabərliyi və səhiyyə sahələrində qlobal fəaliyyətlərin davam etdirilməsi ilə bağlı qətiyyətlərini bir daha vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp