Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin İsraili tənqid etməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada Türkiyənin Suriya, İraq və Kiprdə minlərlə hərbçisinin olduğu, həmçinin onlarla hərbi baza və postunun mövcud olduğu iddia edilib.

Açıqlamada Türkiyənin Kiprin 36 faizini, Suriyanın 5 faizini və İraqın 2 min kvadratkilometrlik ərazisini işğal etdiyi iddia olunub, İsrailin isə Suriya ərazisinin yalnız 0,1 faizinə müvəqqəti nəzarət etdiyi bildirilib.

İsrail Xarici İşlər Nazirliyi Suriyadakı sözügedən ərazinin vətəndaşları təhlükəsizlik təhdidlərindən qorumaq məqsədilə yaradılmış bufer zona olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp