Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı aparıb.

Saar sosial media hesabında paylaşdığı açıqlamada görüş zamanı israilli turistlərin Polşaya səfərlərində müşahidə olunan əhəmiyyətli artımın, eləcə də iki ölkə arasında əməkdaşlığın, dialoqun və investisiyaların genişləndirilməsi imkanlarının müzakirə edildiyini bildirib.

Danışıq zamanı Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyət də nəzərdən keçirilib. Saar həmçinin İordan çayının qərb sahilində Polşa konsulu da daxil olmaqla bir neçə diplomatın iştirak etdiyi hadisə ilə bağlı aparılan polis araşdırması haqqında Sikorskini məlumatlandırdığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp