Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi Din və ya İnanc Əsasında Zorakılıq Qurbanlarının Beynəlxalq Günü münasibətilə antisemitizmlə bağlı açıqlama yayıb.

İsrail Xarici İşlər Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada yəhudilərə qarşı hücumlarda həyatını itirən şəxslərə diqqət çəkilib.

Açıqlamada “Ötən il yəhudi olduqları üçün 20 yəhudi öldürüldü” ifadələrinə yer verilib. Həmin şəxslərin müxtəlif ölkələrdə keçirilən tədbirlər zamanı və ibadət yerlərinin yaxınlığında öldürüldüyü bildirilib.

Nazirlik hücumlara nümunə kimi Sidneydə keçirilən Hanuka tədbirini, Mançesterdə Yom Kippur zamanı sinaqoqda baş verən hadisəni və Vaşinqtonda yəhudi tədbirindən çıxarkən baş verən hücumu göstərib.

Açıqlamada “Antisemit nifrət səbəbindən yəhudi qanı hələ də tökülür” ifadəsi işlədilərək, yəhudilərin inancları və kimliklərinə görə hədəf alınmasına qarşı mübarizə çağırışı edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp