Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Qazaxıstan Baş nazirinin müavini Jaslan Madiyevi və onu müşayiət edən nümayəndə heyətini Qüdsdəki Xarici İşlər Nazirliyində qəbul edib.

İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Madiyev 50-dən çox yüksəkvəzifəli hökumət rəsmisi və dövlət şirkətlərinin nümayəndələrindən ibarət iqtisadi nümayəndə heyətinə rəhbərlik edib. İsrailin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində iki ölkə arasında Birgə İqtisadi Komitənin iclası təşkil olunub. İclasa Madiyev və İsrail naziri Zeev Elkin həmsədrlik ediblər.

Səfər zamanı Qazaxıstan nümayəndə heyətinin İsrail İnnovasiya İdarəsi, İsrail Kosmik Agentliyi, Milli Süni İntellekt Direktorluğu və İsrail Milli Kibertəhlükəsizlik Direktorluğunun nümayəndələri, həmçinin İsrail şirkətləri ilə görüşdüyü bildirilib.

Qazaxıstanın milli süni intellekt proqramının inkişafına cavabdeh olan Madiyevin son 10 ildə İsrailə səfər etmiş ən yüksəkvəzifəli Qazaxıstan rəsmisi olduğu qeyd edilib. Səfərin İsrail Prezidenti İshaq Hersoq və xarici işlər naziri Saarın 2026-cı ilin birinci yarısında Qazaxıstana etdikləri səfərlərdən sonra baş tutduğu açıqlanıb.

İsrailin xarici işlər naziri Saar sosial media hesabında paylaşdığı açıqlamada Qazaxıstanın Mərkəzi Asiyada mühüm ölkə olduğunu və İbrahim Sazişlərinə qoşulduğunu bildirərək, İsrail ilə Qazaxıstan arasında münasibətləri gücləndirməyə davam edəcəklərini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp