Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Liu Hayşinqlə ikitərəfli görüş keçirib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüş zamanı Liu Hayşinq Çinin xarici işlər naziri Van İnin salamlarını Dara çatdırıb. Dar isə Pakistan rəhbərliyi adından Çin Prezidenti Si Cinpinə salamlarını göndərib.

Görüşdə Pakistan və Çin arasında bütün şəraitlərdə davam edən strateji əməkdaşlıq tərəfdaşlığının daha da gücləndirilməsinə dair qətiyyət bir daha təsdiqlənib. Tərəflər həmçinin mədəni əlaqələrin inkişaf etdirilməsi və xalqlar arasında təmasların artırılması imkanlarını nəzərdən keçiriblər.

Tərəflərin sıx koordinasiyanı davam etdirmək və ikitərəfli münasibətlərdəki müsbət dinamikanı qorumaq əzmində olduqları bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp