Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsveçrənin xarici işlər naziri İqnatsio Kassis diplomatik təmaslar aparmaq üçün səfər etdiyi Seulda Koreya Respublikasının (ROK) Xarici İşlər Nazirliyinin strategiya və kəşfiyyat məsələləri üzrə nazir müavini Jeong Yeondoo ilə görüşüb.

Nazir Kassis sosial media hesabında paylaşdığı açıqlamada Seulda bu görüşü keçirməkdən məmnunluğunu ifadə edib. Görüş zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Koreya yarımadasında sülh perspektivləri ətraflı müzakirə olunub.

İsveçrənin Koreya Respublikası ilə sıx əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirən nazir Kassis ölkəsinin dialoqa və regional sabitliyin qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp