Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

“İzvestiya”nın məlumatına görə, Rusiya Türkiyənin neft tələbatının 47 faizədək, təbii qaz ehtiyacının isə təxminən 50 faizini təmin edir. Bu kontekstdə Rusiyanın Türkiyəyə neft tədarükündə payının azaldığı bildirilir. Lakin ekspertlər bunun real alqı-satqı azalması olmadığını qeyd edirlər.

Qəzet yazır ki, Vaşinqton Rusiya enerji sektoruna sanksiyalar tətbiq edir və Moskvannı ticarət tərəfdaşlarına gömrük rüsumları qoyur. Bu tərəfdaşlar arasında Çin və Hindistandan sonra Rusiyanın ən böyük üç neft alıcısından biri olan Türkiyə də var. Buna görə də Ankaraya təzyiq qaçılmazdır.

Rusiyanın Ankara səfirliyi “İzvestiya”ya açıqlamasında deyib: “Bu məsələdə ABŞ-ın Türkiyə Respublikasına təzyiqi əlbəttə ki artır, çünki Qərbdə neokolonial ideyaların geniş yayıldığı bir mühitdə öz iradəsini digər ölkələrə qəbul etdirmək adi haldır.”

Xəbərdə rus diplomatlarının sözlərinə də yer verilir: “Rusiya ilə Türkiyə arasında əməkdaşlığı məhdudlaşdırmağa yönəlmiş bu cür cəhdlər olub və olacaq. Bunlar ədalətsiz rəqabətin bütün əlamətlərini daşıyır. Moskva və Ankara enerji əməkdaşlığı da daxil olmaqla müxtəlif mövzularda daim təmasdadırlar. Bu, təkcə nefti deyil, həm də təbii qaz tədarükünü və Mersin vilayətində Akkuyu Atom Elektrik Stansiyasının tikintisini əhatə edir. Biz tərəfdaşlarımızın konstruktiv yanaşmasına görə minnətdarıq.”

“İzvestiya” davam edir:

ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, mühüm enerji gəlirləri Moskvanın hərbi əməliyyatlarını davam etdirməsinə imkan yaradır. Lakin ABŞ daha çox iqtisadi maraqları güdür. Bəzi hesablamalara görə, ABŞ Türkiyənin təbii qaz tələbatının təxminən 10 faizini, yəni illik 5 milyon ton (təxminən 6,8 milyard kubmetr) maye təbii qaz (LNG) tədarük edir. Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, min kubmetr üçün qiymət 270 dollara çatır. Bu arada, mətbuata görə, Türkiyə “Qazprom”dan enerji tədarükündə 25 faizdən çox endirim tələb edir. Bəzi analitiklər Ankaranın min kubmetr üçün təxminən 230 dollara qaz ala biləcəyini bildirirlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp