Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kaja Kallas bölgədə gərginliyin azaldılması istiqamətində atılan addımlar və Pakistanın vasitəçilik rolu barədə açıqlama verib.

Atəşkəsin strateji əhəmiyyətinə toxunan Kallas deyib: “ABŞ-İran arasında atəşkəs razılaşması həftələrlə davam edən gərginlikdən sonra uçurumun kənarından bir addım geri çəkilmək deməkdir.”

O əlavə edib: “Bu, təhdidləri azaltmaq, raket hücumlarını dayandırmaq, dəniz daşımalarını bərpa etmək və davamlı razılaşma üçün diplomatiyaya imkan yaratmaq baxımından çox vacib bir fürsətdir.”

Hörmüz boğazı ilə bağlı Kallas bildirib: “Hörmüz boğazı yenidən keçid üçün açıq olmalıdır. Pakistanın xarici işlər naziri İşaq Dar ilə danışdım və bu ilkin razılaşmaya görə ona təşəkkür etdim.”

Kallas sözlərini belə tamamlayıb: “Vasitəçilik qapısı açıq qalmalıdır, çünki müharibənin əsas səbəbləri hələ də həll olunmayıb. Aİ bu səyləri dəstəkləməyə hazırdır və bölgədəki tərəfdaşlarla əlaqə saxlayır. Bu məsələni bu gün Səudiyyə Ərəbistanında müzakirə edəcəyəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp