Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulaesku ilə görüşündə Qara dənizdə təhlükəsizlik sahəsində baş verən hadisələri və NATO-nun regiondakı mövcudluğunun gücləndirilməsini müzakirə edib.

Kallas Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin fəaliyyətə başlamasının təcili əhəmiyyətini vurğulayaraq Ukrayna taxılının dünya bazarlarına çatdırılmasında Həmrəylik Dəhlizlərinin mühüm roluna da diqqət çəkib.

O, Ukrayna və Moldovaya dəstək vermək, həmçinin Avropanı gücləndirmək üçün birgə fəaliyyəti davam etdirməyi gözlədiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp