Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ukrayna-Rusiya danışıqlarının mərhələli şəkildə aparılmalı olduğunu bildirərək əvvəlcə atəşkəsin təmin edilməsinin, daha sonra isə sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Kallas Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində verdiyi açıqlamada Avropanın daha geniş təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin yalnız bu addımlardan sonra gündəmə gətirilməli olduğunu qeyd edib.

Avropanın təhlükəsizlik arxitekturasına diqqət yetirilməsinin Ukraynadakı münaqişəyə son qoymaq məqsədindən diqqəti yayındırdığını bildirən Kallas Rusiyanın indiyədək xoş niyyət nümayiş etdirdiyinə dair heç bir əlamət görmədiklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp