Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu Rusiyanın hərbi logistikasını və dəniz qüvvələrini hədəf alan uğurlu əməliyyatlar həyata keçirib.

Əməliyyatların təfərrüatlarını bölüşən Zelenski deyib: "Bu gün Ukraynanın uzaqmənzilli zərbə imkanları Rusiyanın Krasnodar və Stavropol bölgələrindəki mühüm hədəfləri və bir neft anbarını uğurla vurdu. Qara dəniz və Azov dənizinin sularında isə Rusiyanın kölgə donanmasına məxsus bir tanker və dörd yük gəmisi də vuruldu. Bu nəticələrə görə Ukrayna Müdafiə Qüvvələrinin bütün döyüşçülərinə təşəkkür edirik."

Diplomatiya və sülhün vacibliyini vurğulayan Zelenski bildirib: "Biz haqlı olaraq müharibəni Rusiyaya, öz evinə qaytarırıq. Sülhə ehtiyac var və Ukrayna Rusiya tərəfinə bütün mümkün təklifləri təqdim edib. Onları diplomatiyaya müraciət etməyə məcbur etməliyik. Ukraynaya şöhrət!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp