Karni Kanadada evsizliyə 10 il ərzində son qoymağı hədəfləyir
Ottava, 6 noyabr (Hibya) – Kanadanın Baş naziri Mark Karni 2026-cı il büdcəsi çərçivəsində evsizliklə mübarizəyə təxminən 30 milyard dollar ayıraraq 10 il ərzində evsizliyə son qoymağı hədəfləyən milli planını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni 2026-cı il büdcəsi çərçivəsində evsizliklə mübarizəyə təxminən 30 milyard dollar ayıraraq 10 il ərzində evsizliyə son qoymağı hədəfləyən milli planını açıqlayıb.
Baş nazir Mark Karni Manitoba əyalətinin Baş naziri Vab Kinyu və Vinnipeq şəhərinin meri Skott Gillinqhem ilə birgə açıqlamasında planın ilk mərhələsində Manitobaya 1 milyard dollardan çox federal dəstək göstəriləcəyini bildirib.
Əməkdaşlıq çərçivəsində 2 mindən çox dəstəklənən və keçid dövrü üçün nəzərdə tutulan mənzil inşa ediləcək. Bundan əlavə, Vinnipeqdə psixi sağlamlıq və asılılıqla mübarizə xidmətlərini mənzil dəstəyi ilə birləşdirən yeni mərkəz yaradılacaq. Layihələr vasitəsilə Vinnipeqdə ümumilikdə 2 min 500-ə qədər yeni mənzilin istifadəyə verilməsi hədəflənir.
Azərbaycan İnformasiya Agentliyi