Kosovo Serbiyanı terrorizmdə günahlandırdı
Priştine, 30 noyabr (Hibya) - Kosovo Baş naziri Albin Kurti ölkənin iki istilik elektrik stansiyasına edilən sabotaja görə Serbiyanı terrorizmdə günahlandırdı.
Kosovoda baş verən partlayış ölkə daxilində içməli su daşıyan suvarma kanalına və ölkənin ən böyük iki kömürlə işləyən elektrik stansiyasına soyutma suyu daşıyan kan ala zərər vurub.
Baş nazir Albin Kurtinin sözlərinə görə, Kosovonun ən böyük iki kömür elektrik stansiyasının soyutma sistemlərinə zərər verən partlayış serblərin göz yumduğu terror aktıdır. Sabotaj olunan kanal içməli su təchizatı üçün də istifadə olunur.
Kurti dünən keçirdiyi mətbuat konfransında məqsədin Kosovonun vacib infrastrukturuna zərər vurmaq olduğunu bildirib. "Bunu peşəkarlar edib və biz onları Serbiya hakimiyyəti tərəfindən idarə olunan cinayətkarlar hesab edirik", - deyə o əlavə edib.
İki elektrik stansiyası Kosovoda istifadə olunan elektrik enerjisinin demək olar ki, hamısını istehsal edir və səhərə qədər zərər aradan qaldırılmasa, ölkə üzrə elektrik kəsintiləri baş verə bilər. Kurti zərərin miqyasını göstərməyib, lakin suvarma kanalının ölkənin serb əksəriyyətli şimalından paytaxt Priştineyə qədər uzandığını deyib.
Azərbaycan İnformasiya Agentliyi