Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsveçin Baş naziri Kristersson ölkəsinin ciddi dəstə cinayətkarlığı ilə mübarizədə beynəlxalq “nümunə”yə çevrildiyini bildirib.

Kristersson sosial media hesabında paylaşdığı açıqlamada İsveçin keçmişdə dəstə cinayətkarlığı baxımından beynəlxalq səviyyədə mənfi nümunə kimi göstərildiyini, lakin həyata keçirilən siyasətlər nəticəsində mühüm irəliləyiş əldə olunduğunu bildirib.

Kristersson hökumətinin 2022-ci ildə vəzifəyə gəlməsindən bəri ölümcül dəstə zorakılığının 75 faiz, silahlı hücumların isə 80 faiz azaldığını, eyni dövrdə xaricdə iki dəfə çox dəstə cinayətkarının həbs olunduğunu qeyd edib.

Kristersson bu nəticələrin daha güclü polis qüvvəsi, hüquq-mühafizə orqanlarına verilən yeni vasitələr, mütəşəkkil cinayətkarlığa qarşı daha sərt tədbirlər və beynəlxalq əməkdaşlığın nəticəsi olduğunu bildirib və təhlükəli cinayətkarların ədalət qarşısına çıxarılmasında İsveçə dəstək verən ölkələrə təşəkkür edib.

Mütəşəkkil cinayət şəbəkələrinin sərhədlərarası fəaliyyət göstərdiyinə diqqət çəkən Kristersson bu strukturların yalnız İsveç üçün deyil, fəaliyyət göstərdikləri digər ölkələr üçün də ciddi zorakılıq və cinayət riski yaratdığını deyib.

Kristersson bildirib: “Təmizləmə işlərinin böyük hissəsi başa çatıb, lakin dəstələri tam məğlub edənə və İsveçdə hər kəs üçün təhlükəsizlik hissini bərpa edənə qədər işimizi bitmiş saymayacağıq”.

İsveçin Baş naziri bazar günü keçiriləcək seçkinin hökumətin işini tamamlamaq üçün fürsət əldə edib-etməyəcəyini müəyyənləşdirəcəyini bildirərək deyib: “Uşaqlarımıza və nəvələrimizə təhlükəsiz və əmin-aman ölkə qoymalıyıq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp