Qətər və Çin investisiya və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirəcək
Doha, 7 sentyabr (Hibya) – Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani Çin Baş naziri Li Çianq ilə görüşündə iki ölkə arasında strateji münasibətlərin genişləndirilməsi barədə razılığa gəldiklərini bildirib.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani Çin Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşü barədə sosial media hesabında paylaşım edib.
Al Sani Li Çianq ilə görüşməkdən məmnun olduğunu bildirərək Qətər və Çinin onilliklərə söykənən strateji münasibətlərə malik olduğunu qeyd edib.
İki ölkə arasındakı münasibətlərin investisiya, enerji, qabaqcıl sənaye və texnologiya sahələrində genişləndirilməsinin hədəfləndiyini bildirən Al Sani əməkdaşlığın ortaq maraqlara xidmət edəcəyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi