Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliya Baş naziri Corcia Meloni Fridrix Merzi Almaniyanın kansleri təyin olunması münasibətilə təbrik edib. Sosial mediada paylaşdığı bəyanatda Meloni bildirib ki, İtaliya ilə Almaniya arasında əməkdaşlıq Avropanın rəqabət qabiliyyətini artırmaqla yanaşı, qlobal problemlərlə mübarizədə də mühüm rol oynayacaq.

“Merzi Almaniya Federal Kansleri seçilməsi münasibətilə təbrik edirəm. İtaliya ilə Almaniya arasında əməkdaşlıq qlobal çətinliklərlə mübarizədə həyati əhəmiyyətə malikdir,” – deyə Meloni qeyd edib. O, bildirib ki, Avropanın əsas sənaye iqtisadiyyatları olan bu iki ölkə, xüsusən avtomobil sektorunda rəqabət qabiliyyətinin yenidən bərpasında önəmli rol oynaya bilər.

Meloni həmçinin Afrikayla ədalətli tərəfdaşlıqların qurulması və nizamsız miqrasiyaya qarşı mübarizə məsələlərində də Almaniya ilə birlikdə işləməyə hazır olduqlarını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp