Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Meloni, Papanın siyasətçilərə etdiyi çıxışı “dəyərli bir dərs” olaraq qiymətləndirib.

Papanın siyasəti bir peşə deyil, “missiya” kimi tanımladığını xatırladan Meloni vurğulayıb ki, liderlər cəmiyyətin rifahı üçün çalışmalı, insan ləyaqətini nəzərə almalı, ailəni və həyatı qorumalı və gənclərin hərtərəfli təhsilinə görə məsuliyyət daşımalıdır.

Meloni bildirib ki, İtaliya süni intellekt texnologiyalarının insan mərkəzli və insanın xeyrinə inkişaf etdirilməsi üçün milli və beynəlxalq səviyyədə fəaliyyətlərini davam etdirəcək.

O həmçinin vurğulayıb ki, dini azadlıqların dünyada hələ də pozulduğu bir çox ölkədə qorunması üçün İtaliya qətiyyətlə mübarizəsini davam etdirəcək. Meloni deyib: “Dini azadlıq, hər cür hüquqi nizamlamadan əvvəl gələn təbii bir hüquqdur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp