Merts: Ukrayna qış dəstəyi məsələsində Almaniyaya güvənə bilər
Berlin, 3 noyabr (Hibya) - Almaniya Kansleri Fridrix Merts Ukraynanın müharibə şəraitində beşinci qışına qədəm qoyduğu bir vaxtda Almaniyanın qış dövrü üçün dəstəyini artıracağını açıqlayıb.
Almaniya Kansleri Fridrix Merts açıqlamasında Rusiyanın Ukraynaya qarşı hücumlarını fasiləsiz davam etdirdiyini və ölkənin müharibə şəraitində beşinci qışının astanasında olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edən Merts Ukraynanın bu dövrdə Almaniyaya tam etibar edə biləcəyini vurğulayaraq, qış ayları üçün nəzərdə tutulan yardımları artırdıqlarını qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi