Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Moldova Xarici İşlər Nazirliyi gecə saatlarında Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumunu kəskin şəkildə pisləyib.

Nazirlik hücumlarda mülki, enerji, dəmir yolu və logistika infrastrukturunun hədəfə alındığını, çox sayda insanın həyatını itirdiyini və onlarla şəxsin yaralandığını bildirib.

Ukraynanı hədəf alan pilotsuz uçuş aparatlarından birinin Moldova Respublikasının hava məkanından keçdiyini bildirən nazirlik bunun beynəlxalq hüququn pozulması və ölkənin suverenliyi ilə təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayıb.

Moldova Xarici İşlər Nazirliyi Ukrayna və Ukrayna xalqı ilə tam həmrəylik içində olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp