Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə boyunca müxtəlif ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edərək genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.

Zelenski Kiyev və ətrafı ilə yanaşı, Odesa və Çerniqov vilayətlərində də dağıntıların meydana gəldiyini bildirib. O, paytaxt Kiyevdə yaşayış binalarının, uşaq xəstəxanasının və məktəbin zərər gördüyünü, çoxmərtəbəli binanın yuxarı mərtəbələrinin dağıldığını qeyd edib.

Zelenski hücumlarda Kiyevdə 12, ətraf bölgədə isə 1 nəfərin həyatını itirdiyini, təxminən 40 nəfərin yaralandığını bildirib.

Zelenski Odesa vilayətində Moldova ilə sərhəd-keçid məntəqəsinin, Çerniqov vilayətində isə təbii qaz infrastrukturunun hücuma məruz qaldığını qeyd edib.

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski ballistik raketlərə qarşı müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayıb və Patriot tutucu raketlərinə ehtiyac olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp