Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Şimali Makedoniyanın xarici işlər naziri Timço Mucunski Cənub-Şərqi Avropa ölkələrində fəaliyyət göstərən Niderland səfirləri ilə Skopyedə işgüzar görüş keçirib.

Mucunski sosial media hesabında verdiyi açıqlamada görüş zamanı Şimali Makedoniya ilə Niderland arasında ikitərəfli münasibətlərin, Avropaya inteqrasiyanın və islahatlar gündəliyi üzrə əldə olunan irəliləyişlərin müzakirə edildiyini bildirib.

Niderlandın qanunun aliliyinə və ləyaqət prinsipinə əsaslanan Avropa İttifaqına üzvlük prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirən Mucunski görüşdə Aİ-nin genişlənməsinin gələcəyi, regional sabitlik və aktual təhlükəsizlik problemləri barədə fikir mübadiləsi aparıldığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp