Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Miloyko Spajiç ölkədə hibrid fəaliyyətlər və sabitliyi pozmaq cəhdləri ilə bağlı ciddi əlamətlərin olduğunu bildirib və bu çərçivədə bütün mümkün əlaqələrin diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb.

Spajiç sosial media hesabında verdiyi açıqlamada Monteneqronun Avropa yolunun hibrid fəaliyyətlər və sabitliyi pozmaq cəhdləri ilə müşayiət olunduğu barədə daha əvvəl xəbərdarlıq etdiklərini qeyd edib.

Spajiç tələsik açıqlamalardan qaçmağın vacib olduğunu, eyni zamanda sadəlövh nəticələrə də gəlməmək lazım olduğunu bildirib. O, bütün tapıntıların diqqətlə araşdırılmasını və əlaqələrin daha geniş çərçivədə qiymətləndirilməsini vurğulayıb.

Spajiç təhlükəsizlik qurumlarının səlahiyyət dairəsinə daxil olan məsələlərlə bağlı təfərrüatları paylaşmayacaqlarını bildirib. “Ribar” adlı informasiya şəbəkəsinin rəhbərinin saxlanıldığı uğurlu əməliyyatdan sonra dövlət qurumlarının öz vəzifələrini yerinə yetirdiyini və Monteneqronun öz maraqlarını qoruduğunu qeyd edib.

Spajiç ölkənin Avropa gələcəyinin təhlükəyə atılmasına imkan verilməyəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp