Nazirlikdən Avropaya Fələstin Dövlətinin tanınması prosesini sürətləndirməyə çağırış
Rəmallah, 14 Aprel (Hibya) – Fələstin Xarici İşlər Nazirliyi Avropanı Fələstin Dövlətinin tanınması prosesini sürətləndirməyə çağırıb.
Fələstin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun və oğlunun, Fələstin Dövlətinin tanınmasına dair mövqeyinə görə Fransa Prezidenti Emmanuel Makrona qarşı səsləndirdikləri aqressiv açıqlamaları qınayıb.
Nazirlik bu açıqlamaları Netanyahunun iki dövlətli həll əsasında sülhə qarşı düşmən münasibətini davam etdirdiyinin, beynəlxalq legitimliyi rədd etməsinin və siyasi prosesi nəzərə almadan zorakılıq və hərbi həll yollarını seçməsinin açıq etirafı kimi dəyərləndirib.
Nazirlik bildirib ki, bu müstəmləkəçi yanaşma Fransa və Avropa İttifaqını Fələstin Dövlətinin tanınması istiqamətində addımları sürətləndirməyə təşviq etməlidir və bu da iki dövlətli həllin qorunmasına, bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına töhfə verməlidir.
Azərbaycan İnformasiya Agentliyi