Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Baş naziri Netanyahu, Hizbullahın Baş katibi Həsən Nəsrullahın ölümü ilə bağlı açıqlama verib.

Netanyahu, saysız-hesabsız israillinin, eləcə də yüzlərlə amerikalının və fransızlar da daxil olmaqla digər ölkələrin onlarla vətəndaşının ölümündən məsul olan bir şəxslə hesablaşdıqlarını bildirib.

Nəsrullahın ölümünün şimal sakinlərinin evlərinə qayıdışını sürətləndirdiyini bildirən Netanyahu, “Sinvar, Nəsrullahın onu xilas etməyəcəyini gördükcə girovlarımızı geri qaytarmaq şansımız artır” dedi.

Netanyahu həmçinin qeyd edib ki, İran və ya Orta Şərqdə İsrailin uzun qolunun çata bilməyəcəyi heç bir yer yoxdur və əlavə edib: “Bu gün bunun doğru olduğunu artıq bilirsiniz. İsrail irəliləyir və biz qazanırıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp