Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius sosial media hesabında etdiyi açıqlamada ölkənin müdafiə sənayesinə dair investisiya planını elan edib.

Müdafiə sənayesinin gücləndirilməsinin vacibliyini vurğulayan Yeşilgöz-Zegerius deyib: “Təhlükəsizliyimiz fəaliyyət tələb edir. Müdafiə sənayemizi gücləndirməliyik: daha çox innovasiya, daha çox istehsal və başqalarından daha az asılılıq.”

Niderlandın növbəti altı il ərzində müdafiə sənayesinə 1,6 milyard avro sərmayə yatıracağını açıqlayan Yeşilgöz-Zegerius şirkətlər və elmi-tədqiqat qurumları ilə birlikdə daha güclü sənaye bazası yaratmağı hədəflədiklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp