Tramp: Asiya-Sakit okean regionu dünya iqtisadiyyatının ən dinamik və ən sürətlə inkişaf edən bölgəsidir
ABŞ Prezidenti Donald Tramp bu gün Çinin Şençjen şəhərində keçirilən 33-cü APEC İqtisadi Liderlər Toplantısında çıxış edib. Toplantıda iştirakından məmnunluğunu ifadə edən Tramp Sakit okean ətrafındakı ölkələrin dünya iqtisadiyyatının ən dinamik və ən sürətlə inkişaf edən regionunu təşkil etdiyini bildirib.
Tramp regionun qlobal miqyasda sərvət, kapital, enerji və innovasiya mənbəyi olduğunu deyib.
Bu il Çinə ikinci dəfə səfər etdiyini xatırladan Tramp onu səmimi qarşılayan Çin Prezidenti Si Cinpinə təşəkkür edib.
Tramp Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ilə keçirəcəyi üçtərəfli görüşün hər üç tərəf üçün yeni imkanlar yaradacağını gözlədiyini bildirib.
APEC liderlərinin daha təhlükəsiz və daha firavan dünya qurmaq məqsədilə Şençjendə bir araya gəldiyini qeyd edən Tramp Çinin heyranedici uğurlara imza atdığını və Si Cinpinin böyük lider olduğunu söyləyib.
Azərbaycan İnformasiya Agentliyi