Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın xarici işlər naziri Antonio Tajani geniş Aralıq dənizi regionunun beynəlxalq qüvvələr balansı baxımından strateji mərkəz olduğunu bildirib.

Tajani bu çərçivədə tərəfdaşlıqların, əlaqələrin, iqtisadi mübadilənin və əməkdaşlığın inkişaf etdirilməsini hədəflədiklərini qeyd edib. O, regional böhranların, gəmiçilik azadlığına və təchizat təhlükəsizliyinə yönələn təhdidlərin ortaq baxışın və birgə fəaliyyətin vacibliyini göstərdiyini vurğulayıb.

İtaliyanın beynəlxalq əlaqələrə açıqlığının simvolu olan şəhərlərdən biri Neapolda bu il də MEDialogues tədbirini təşkil etdiklərini bildirən Tajani bütün tərəfləri xalqları bir-birinə yaxınlaşdıran, sülh, təhlükəsizlik və iqtisadi artımı təmin edən Aralıq dənizi regionunun qurulmasına çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp