Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Macarıstan hökuməti, Ukrayna ordusuna çağırılmış macar vətəndaşının ölümü ilə əlaqədar Avropa İttifaqından ukraynalı rəsmilərə qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını istəyib. Macarıstan ukraynalı əsgərləri, hərbi xidmətə getməkdən imtina etdiyi üçün Jozsef Sebestyeni döyərək öldürməkdə ittiham edir.

Orban Facebook səhifəsində belə yazıb: “Macarıstan hökuməti, Jozsef Sebestyenin ölümünə görə məsuliyyət daşıyan ukraynalı liderlərin Aİ-nin insan hüquqları pozuntuları sanksiya siyahısına salınması üçün təşəbbüs göstərib.”

Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto çərşənbə axşamı Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında Macarıstanın Sebestyenin ölümündə məsuliyyət daşıyan ukraynalı hərbi rəsmilərə qarşı rəsmi olaraq iqtisadi sanksiyalar təklif edəcəyini açıqlayıb.

Macar xəbər agentliyi Mandiner bu ayın əvvəlində bildirib ki, Sebestyenin qardaşlarına çağırış şöbəsinin əməkdaşları onu digər kişilərlə birlikdə meşəyə aparıb dəmir borularla döydüklərini deyiblər. Onlar təqdim etdikləri sənədi imzalamasa, onu birbaşa cəbhəyə göndərəcəkləri ilə hədələyiblər.

Orban Facebook-da yazıb: “Ukraynada bir macar vətəndaşı döyülərək öldürülüb. Macarıstan sərhədindən cəmi bir neçə kilometr aralıda. Belə bir ölkə Aİ-yə üzv olmamalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp