Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ölkənin çoxtərəfli diplomatiya sahəsində fəaliyyətini qiymətləndirmək məqsədilə yüksək səviyyəli iclasa sədrlik edib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iclasda Pakistanın müxtəlif beynəlxalq və çoxtərəfli təşəbbüslərlə əməkdaşlığı nəzərdən keçirilib. Həmçinin qarşıdakı dövrdə keçiriləcək yüksək səviyyəli beynəlxalq tədbirlərə hazırlığın son vəziyyəti müzakirə olunub.

İshaq Dar Pakistanın çoxtərəfliliyin gücləndirilməsinə sadiqliyini bir daha vurğulayaraq, ölkənin beynəlxalq platformalardakı prinsipial mövqeləri və diplomatik prioritetləri ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

İclasda Pakistan Xarici İşlər Nazirliyinin katibi Amna Baloch, BMT üzrə xüsusi katib, Asiya-Sakit okean regionu üzrə əlavə katib və nazirliyin digər yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp