Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Baş katibi vəzifəsinə namizədliyini davam etdirən Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İslamabadda keçirilən görüşdə Dar Espinosanı qəbul etməkdən məmnunluğunu ifadə edib və Pakistanın çoxtərəfliliyin gücləndirilməsinə, eləcə də BMT-nin qlobal məsələlərdə mərkəzi rolunun qorunmasına dəstəyini bir daha vurğulayıb.

Dar BMT sistemində islahatların zəruriliyinə diqqət çəkərək, yeni seçiləcək Baş katibin uzun müddətdir gündəmdə olan institusional islahatları həyata keçirməsinin vacibliyini qeyd edib.

Pakistanlı nazir həmçinin bildirib ki, Fələstin və Cammu-Kəşmir məsələlərinə dair uzun müddətdir icrası gözlənilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi Yaxın Şərqdə və Cənubi Asiyada davamlı sülhün təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.

Dar vurğulayıb ki, Pakistan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalır və beynəlxalq hüquqa və beynəlxalq sazişlərə hörmətin gücləndirilməsi, qlobal sülhün təşviqi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp