Pakistan Hindistanda məscidin sökülməsinə reaksiya verdi
İslamabad, 6 sentyabr (Hibya) – Pakistan Hindistanın Uttar Pradeş ştatında əsrlik məscidin sökülməsini pisləyərək beynəlxalq ictimaiyyətə çağırış edib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Səccad Heydər Xan Hindistanın Uttar Pradeş ştatının Saharanpur şəhərində sentyabrın 5-də əsrlik məscidin söküldüyünə dair xəbərlərlə bağlı açıqlama verib.
Xan deyib: “Pakistan Saharanpurdakı əsrlik məscidin sökülməsini qətiyyətlə pisləyir.”
Söküntünü müsəlmanların dini və mədəni irsinə qarşı yönəlmiş əməl kimi qiymətləndirən Xan beynəlxalq ictimaiyyəti Hindistanda müsəlmanlara qarşı münasibətə və ibadət yerlərinin dağıdılmasına qarşı tədbir görməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi