Pakistan və Bolqarıstan İslamabadda bir araya gəldi
İslamabad, 8 iyul (Hibya) - Pakistan və Bolqarıstan İslamabadda keçirilən siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafını və regional məsələləri müzakirə edib.
Pakistan-Bolqarıstan İkitərəfli Siyasi Məsləhətləşmələrinin altıncı raundu iyulun 7-də Pakistanın paytaxtı İslamabadda keçirilib.
Pakistan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Avropa üzrə əlavə katibi səfir Ayşə Əli, Bolqarıstan nümayəndə heyətinə isə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin İkitərəfli Əlaqələr Baş İdarəsinin rəisi səfir Petko Doykov rəhbərlik edib.
Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək, siyasi əlaqələr, ticarət və iqtisadi münasibətlər, müdafiə, mədəniyyət, təhsil və xalqlararası əlaqələr başda olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan İnformasiya Agentliyi