Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Sudan daxili işlər naziri Babeker Samra Mustafa Ali ilə Xarici İşlər Nazirliyində görüşüb.

Görüş zamanı Dar Pakistanın Sudanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. O, ölkəsinin Sudanla münasibətlərə böyük əhəmiyyət verdiyini və iki ölkə arasındakı qardaşlıq əlaqələrini daha da gücləndirmək əzmində olduğunu bildirib.

Sudanın daxili işlər naziri Mustafa Ali isə Pakistanın Sudana göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edib. İki ölkə arasındakı möhkəm qardaşlıq münasibətlərini vurğulayan Ali, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp