Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan Prezidentinin müşaviri Elçin Əmirbəyovla Litvanın paytaxtı Vilnüsdə görüşüb.

Görüşlə bağlı sosial media hesabında açıqlama verən Budris danışıqların səmərəli keçdiyini bildirib.

Litva və Azərbaycanın qarşılıqlı maraq doğuran sahələrdə davamlı irəliləyiş əldə etdiyini qeyd edən Budris enerji, ticarət və xalqlar arasında əlaqələrin ikitərəfli əməkdaşlığın əsas istiqamətləri sırasında yer aldığını vurğulayıb.

Budris görüş zamanı Cənubi Qafqaz regionunda sülhün və rifahın təmin edilməsinə dair məsələlərin də müzakirə olunduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp