Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar Filippinin paytaxtı Manilada keçirilən ASEAN Regional Forumu (ARF 2026) çərçivəsində Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, tərəflər Pakistan ilə Yeni Zelanda arasında ikitərəfli münasibətləri hərtərəfli nəzərdən keçirərək ticarət və investisiya, idman və xalqlararası əlaqələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi əzmlərini bir daha təsdiqləyiblər.

Hər iki nazir institusional əlaqələrin gücləndirilməsi, müntəzəm diplomatik təmasların davam etdirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıdığı barədə razılığa gəlib.

Görüşdə regional və qlobal hadisələr də müzakirə olunub. Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters ABŞ ilə İran arasında son gərginlik zamanı Pakistanın oynadığı konstruktiv rolu yüksək qiymətləndirərək, İslamabadın dialoqun təşviqi, gərginliyin azaldılması və regional sülhün möhkəmləndirilməsi istiqamətindəki səylərini alqışlayıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsi və regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə sıx əlaqələrin saxlanılması barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp