Pakistanın xarici işlər naziri Dar norveçli həmkarı Eide ilə görüşüb
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Norveçin xarici işlər naziri Espen Barth Eide ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar Norveçin xarici işlər naziri Espen Barth Eide ilə məhdud tərkibdə görüş keçirib.
Dar Pakistana səfər edən Norveçin xarici işlər naziri Eideni səmimi qarşılayıb. Görüşdə Pakistan və Norveç arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq hadisələr də müzakirə olunub.
İki nazir qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
Azərbaycan İnformasiya Agentliyi