Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Türkiyə sahilləri yaxınlığında baş verən tanker hücumlarına münasibət bildirən Putin deyib: “Ukrayna Silahlı Qüvvələrinin hazırda etdiyi şey quldurluqdur. Bizim cavab tədbirlərimiz nə ola bilər? Birincisi, Ukrayna limanlarına daxil olan gəmilərə və liman obyektlərinə qarşı zərbələrimizin miqyasını genişləndirəcəyik. İkincisi, əgər bu davam edərsə, bu quldurluq əməllərinə dəstək verən ölkələrin gəmilərinə qarşı – edəcəyik demirəm, amma – cavab vermək ehtimalını nəzərdən keçirəcəyik.”

Putin bildirib ki, ən radikal addım Ukraynanı dənizdən tamamilə təcrid etməkdir: “O zaman onların fiziki olaraq quldurluq etməsi mümkün olmaz. Bunların hamısı mərhələli ssenarilərdir. Ümid edirəm ki, Ukraynanın hərbi və siyasi rəhbərliyi və onların arxasında dayananlar bu addımı davam etdirməyə dəyib-dəymədiyini düşünəcəklər.”

Putin vurğulayıb ki, Rusiyanın Avropa ilə döyüşmək niyyəti yoxdur, lakin Avropa qəflətən Rusiya ilə müharibə aparmaq istəsə və bunu etsə, Rusiya buna hazırdır:

“Avropa bizimlə müharibəyə girsə, məncə, hər şey çox tez nəticələnər… Bura Ukrayna deyil. Ukrayna ilə biz cərrahi və ehtiyatlı şəkildə davranırıq. Başa düşürsünüz, elə deyilmi? Bu, müasir mənada real müharibə deyil. Avropa qəflətən bizimlə müharibəyə girmək istəsə və bunu etsə, çox tez elə bir vəziyyət yarana bilər ki, danışıq aparmağa adam qalmasın.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp